Məşhur müğənni Britni Spirs vəkili Metyu Rozenqrata 16 ayda 4,2 milyon dollar ödəyib.
OLAY yazır ki, bu barədə “TMZ” məlumat yayıb. Bildirilir ki, M.Rozenqrat 2021-ci ilin noyabrından 2023-cü ilin martına qədər sənətçidən 4 milyon 201 min 856 dollar alıb. Məlumatlara əsasən, bu, Britninin vəkilə ödədiyi məbləğin hələ bir hissəsidir. Ümumilikdə isə müğənni vəkilinə 6 milyon ödəyəcəyi güman edilir.
Bundan başqa, Spirsə baha başa gəldiyi üçün o, Rozenqratın xidmətlərindən imtina edib.
Qeyd edək ki, Britni Spris atası ilə məhkəməlik olmuş, uzun müddətdən sonra sənətçinin leyhinə qərar verilmişdi.