Fotosessiya
Fotosessiya

Bu ilin ən çox qazanan idmançıları...

Bu ilin ən çox qazanan idmançıları...

2023-cü ildə ən çox gəlir əldə edən idmançılarının adları məlum olub.

OLAY yazır ki, bu barədə “Forbes” jurnalında siyahı dərc olunub.

Sıralamaya Kriştiano Ronaldo liderlik edir. Belə ki, “Əl-Nəsr” komandasına transfer olunan ulduz futbolçunun bu illik qazancı 136 milyon dolları əhatə edir.

İkinci pillədə “PSG” klubunun futbolçusu Lionel Messi, üçüncüdə isə Kilian Mbappe dayanır. Messinin qazancı 130 milyon, komanda yoldaşının isə 120 milyon dollardır.

Amerikan Basketbol Liqasında (NBA) “Los-Angeles Lakers”ın oyunçusu LeBron Ceymz bu il 119 milyon 500 min dollar qazanan idmançıdır. “Kanelo” ləqəbli boksçu Saul Alverez 110 milyon dollar qazanc əldə edən idmançı kimi beşliyi tamamlayıb. 

Bundan başqa, təqaüdə çıxan isveçrəli tennisçi Rocer Federer bu siyahıda onluğa daxil olub. Onun illik gəliri 95 milyon dollardan çoxdur.