Fotosessiya
Fotosessiya

Bərabər yaşamağa başladılar

Bərabər yaşamağa başladılar

Maldiv adalarındakı tətillərini başa vuran türk oyunçular Dilan Çiçek Deniz və sevgilisi Mert Yazıcıoğlu birlikdə yaşamağa başlayıblar.

OLAY yazır ki, “Takvim”də dərc edilən məlumata əsasən, cütlük İstanbulun Göktürk ərazisində yerləşən evdə yaşayır.

Hətta Mertin bütün əşyalarını həmin evə gətirdiyi deyilir.

Nəzərinizə çatdıraq ki, Mert Yazıcıoğlu uzun müddətdir aktrisa Afra Saraçoğlu ilə, Dilan Çiçek Deniz isə islandiyalı nişanlısı Tor Seyvarsson ilə münasibətdə idi. Dilan və Mert mart ayından bəri eşq yaşayırlar.

Onu da qeyd edək ki, Dilan Çiçek Deniz bu gün çiynindən əməliyyat olunub. O, bir neçə gün xəstəxanada qalandan sonra 1 ay evdə istirahət edəcək. Buna görə aktrisa rol aldığı “Amadeus” ekran işinə bir müddətlik fasilə verəcək.