Xalq artisti Mələkxanım Eyubovanın oğlu Cəfər Nəcəfov hazırda xəstəxanada olan həyat yoldaşı barədə paylaşım edib.
OLAY yazır ki, sosial media üzrə mütəxəssis olan Cəfər bunları yazıb:
“Hər şeyə hazır olun. Xəstənin vəziyyəti ağırdır. Həyatını itirmək təhlükəsi var. Dünyada eşidəcəyiniz ən ağır sözlər imiş”.
Qeyd edək ki, Səadət Nəcəfova böyrək çatışmazlığından əziyyət çəkir. Onun vəziyyəti 2 gün öncə ağırlaşıb. Nəcəfova Mərkəzi Gömrük Hospitalında müalicə alır.
Onu da bildirək ki, cütlüyün iki övladı var.