Fotosessiya
Fotosessiya

Mələkxanımın gəlininin son durumu

Mələkxanımın gəlininin son durumu

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyyubovanın gəlini Səadət Nəcəfova qəfil xəstəxanaya yerləşdirilib.

Bununla bağlı xanəndənin oğlu Cəfər Nəcəfovla əlaqə saxladıq. OLAY-a bildirilən məlumata görə, hazırda S. Nəcəfovanın vəziyyəti stabildir:

“Böyrək çatışmazlığının olduğu qəfildən bilindi. Hələ ki, Mərkəzi Gömrük Hospitalındadır və vəziyyəti stabil olaraq qalır. Hazırda 2+ qana ehtiyac var. Xəstəxanada qan verməyə gələn çox sayda insan var. Böyrək köçürülməsi diaqnozu qoyulmayıb. Səadət dializə qoşulmalıdır. Qanı yuyulandan sonra böyrək köçürülməsinə ehtiyac olub-olmadığı məlum olacaq. Maraqlananlara təşəkkür edirik”.