Xalq artisti Mehriban Zəki keçirdiyi qəzadan sonra sosial şəbəkədə ilk fotosunu yayıb.
OLAY yazır ki, o, instaqram hesabında yeni şəklini izləyiciləri ilə bölüşərə bu şərhi yazıb: “Anlamayana qədər heç bir emosiyanı yaşaya bilməzsən”.
Xatırladaq ki, M. Zəki martın 22-si Saray qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Həmin qəza zamanı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, mərhumun xanımı Dilarə Əliyeva yaralanıb.