Xalq artistləri Həmidə Ömərova və Sərxan Sərxan 40 il sonra görüşüb.
OLAY yazır ki, bu barədə aktrisa özü məlumat yayıb. S.Sərxanla fotosunu paylaşan Ömərova bu sözləri yazıb:
“Rəhmətlik kinorejissorumuz Tofiq İsmayılovun 1983-cü ildə çəkdiyi “Musiqi müəllimi” filmindən 40 il sonra Sərxan Sərxanla görkəmli dramaturqumuz Rüstəm İbrahimbəyovun xatirə gecəsində təsadüfi görüş…”.
Qeyd edək ki, ekran işində aktyor musiqi müəllimi, Həmidə Ömərova isə Şəfiqə obrazını canlandırıb.