Fotosessiya
Fotosessiya

“Kismetse olur”un məşhur iştirakçısını evli sevgilisi döydü

“Kismetse olur”un məşhur iştirakçısını evli sevgilisi döydü

“Kismetse olur” proqramının məşhur iştirakçısı Melis Buse Betkayan fiziki şiddətə məruz qalıb.

OLAY yazır ki, o, tiktoker sevgilisi Hoca Serbest tərəfindən döyüldüyünü iddia edib. Canlı yayım açan Melis deyib ki, bədənində bu şiddəti sübut edəcək izlər var və ciddi şəkildə zərər görüb.

Betkayanın sözlərinə görə, gecə saatlarında keçmiş sevgilisini polisə şikayət edib və vəziyyəti bildirib. Daha sonra təkrar canlı yayım açan Melis söyləyib ki, şikayətini bir nəfərin xahişi ilə geri çəkib.

Qeyd edək ki, H. Serbest evlidir və boşanma ərəfəsindədir. Onun xanımının da Serbestlə bağlı ittihamları TikTok-da gündəm olmuşdu.