Fotosessiya
Fotosessiya

TikTok-da psixologiyanı pozan filter - 100 faiz dəyişirsən

TikTok-da psixologiyanı pozan filter - 100 faiz dəyişirsən

TikTok-da istifadəyə verilən yeni filter “Bold Glamour” dünya mediasının gündəmindədir. Viral olan funksiya istifadəçilər tərəfindən “qüsursuz” kimi adlandırılır. 

OLAY yazır ki, bu effekt digərlərindən olduqca fərqlənir. İnsanı 100 faiz dəyişir və bu, kifayət qədər fərq yaradır. Simanın hər nahiyəsini ələ keçirən effekt heç bir şəkildə itmir.

Digərlərinin əksinə əlinizi üzünüzə aparanda, yaxud da hansısa bir hərəkət edəndə öz “işi”ni davam etdirir. 

Ekspertlər düşünürlər ki, bu insanın psixoloji sağlamlığına zərərdir. Çünki olduqca dəyişimə nail olan effekt itdikdən sonra reallıq üzə çıxır. Bundan sonra, istifadəçi özünə kompleks yaradır, hətta depressiyaya da düşə bilir. Çünki filter istifadəçinin öz görünüşünə çox yaxın bir sima yaradır. Yəni insan üçün əslində həmin görünüşü əlçatan kimi gəlir. Düşünülür ki, bunu makiyajla da etmək olar. Lakin cəhdləri uğursuzluqla nəticələndiyindən depressiya halı yaşayırlar. 

Məsələ burasındadır ki, artıq bu effekt canlanmağa başlayır. Araşdırmalara görə, botoks və gözaltı dolğusu etdirən qadınların sayı get-gedə artır. Onların sırasında çox gənc xanımların olması da təəssüflə qeyd edilir. 

Bir digər araşdırmaya görə isə hazırda qadınların 57 faizi kədərli və ümidsizdir. Buna səbəb cinsi ayrı-seçkilik, koronavirusdan qalan fəsadlar və həm də özünü digərləri ilə müqayisə etmək kimi problemlərdir. 

BBC-də yer alan xəbərlərdə və köşə yazılarında da “Bold Glamour”un fəsadlarından söz açılır. Bildirilir ki, bu tip effektlər insanların qorxularını və önyarğılarını göstərir. 

Bundan əlavə yeniyetmə qızların daha çox estetikə meyilləndiyi vurğulanır. Buna səbəb isə təbii ki, onların filterlərdən daha çox istifadə etməsidir. Estetik cərrahlar da onlara effektlərə bənzəmək üçün üz tutan pasientlərin sayının artdığını bildirib.