Fotosessiya
Fotosessiya

Castindən lunapark tərzi doğum günü

Castindən lunapark tərzi doğum günü

Bir neçə gün öncə yeni yaşına qədəm qoyan dünya ulduzu Castin Biber doğum günü partisindən fotolar paylaşıb.

OLAY yazır ki, 29 yaşı tamam olan sənətçinin məclisində Billi Ayliş, Kid Laroy, Maecor, Ceyden Smit və başqaları iştirak edib. Ad gününün keçirildiyi məkan mini lunaparkı xatırladıb. Parti yeri rəngarəng şarlarla bəzədilib, xüsusi səhnə qurulub. İfaçılar isə növbəylə çıxış ediblər.

Castin fotoları 280 milyonluq instaqramında paylaşıb.