Fotosessiya
Fotosessiya

Hazalın ikinci övladı doğuldu

Hazalın ikinci övladı doğuldu

Aktrisa Hazal Kayanın ikinci övladı dünyaya gəlib.

OLAY yazır ki, bu barədə türk mediasında məlumat paylaşılıb. Bildirilib ki, sənətçi bu səhər qızı Leylanı qucağına alıb.

Qeyd edək ki, Hazal həmkarı Ali Atayla evlidir. Onların Fikret Ali adlı daha bir oğlu var.

Onu da bildirək ki, Kaya doğum anına qədər Türkiyədə zəlzələdən zərərçəkənlər üçün yardım kampaniyalarında aktiv iştirak edib.