Fotosessiya
Fotosessiya

Olqa körpəsini qucağına aldı

Olqa körpəsini qucağına aldı

Rusiyanın pop müğənnisi, “Blestyashie” qrupunun eks-solisti Olqa Orlovanın ikinci övladı dünyaya gəlib. 

OLAY yazır ki, 45 yaşlı ifaçı bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb. O, yeni doğulan körpəsinə Anya adını verdiklərini qeyd edib.

Xatırladaq ki, sənətçi 2021-ci ildə Valeri adlı iş adamı ilə gizlicə evlənib. Olqanın Aleksandr Karmanovla evliliyindən isə 21 yaşlı oğlu var.