Fotosessiya
Fotosessiya

Eldar narazı qalan namizədlərdən yazdı

Eldar narazı qalan namizədlərdən yazdı

“Avroviziya-2023” Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri Eldar Qasımov seçim prosesi haqda paylaşım edib.

OLAY yazır ki, sənətçi son günlər yaranan söz-söhbətlərə sosial şəbəkə hesabından bir daha aydınlıq gətirib.

“Komandamızın işinə irad bildirən seçimlərə qatılmış iştirakçılardan birinin mahnısının müəyyən hissəsi məşhur xalq mahnısı “Fəridəm” ilə oxşardır. Bu isə ESC qaydalarına ziddir. Bundan əlavə artıq bilirsiniz ki, builki seçim zamanı mahnı müəlliflərinin azərbaycanlı olmasına xüsusi diqqət ayrılıb. Narazılıq edən digər iştirakçının təqdim etdiyi mahnının bu və digər kriteriyalara uyğun olmadığından o növbəti mərhələyə keçmədi. Hamıya sonsuz sevgi və uğurlar!”, - deyə, Eldar paylaşdığı yazıda qeyd edib.

Xatırladaq ki, daxili seçim turlarında iştirak edən Rauf Kingsley sosial şəbəkə hesabında seçimlərin şəffaf aparılmadığını bildirərək, qalib iştirakçının öncədən seçildiyini vurğulamışdı