Ötən yay həyat yoldaşı Oğuzhan Koçla kirayələdikləri yaxta ilə tura çıxan Demet Özdemir yenidən bu tətili təkrarlamaq istəyib.
OLAY yazır ki, istirahətin dadı damağında qalan sənətçi yenidən dənizin keyfini çıxarmaq niyyətində olub. Ancaq kirayə qiymətlərinin artması Demetin istəyinə mane olub. Buna görə də 30 yaşlı aktrisa yaxta almaq qərarına gəlib.
Demet yaxın dostlarını işə cəlb edərək indidən tətil planları qurub.