Uzun fasilədən sonra “Aile” serialıyla ekranlara qayıtmağa hazırlaşan Serenay Sarıkaya qorxusunu dilə gətirib.
OLAY yazır ki, bu haqda sənətçi İbrahim Selimin verilişində qonaq olarkən danışıb.
“Televiziya üçün 8 ildir iş görmürəm. Uzun müddət sonra geri dönürəm. İnanılmaz dərəcədə qorxuram. Sanki hər şeyi unutdum…”, - deyə, Sarıkaya bildirib.
Qeyd edək ki, Serenayın “Aile” serialındakı tərəf müqabili Kıvanç Tatlıtuğdur. Ekran işinin çərşənbə axşamları “Show” TV-də yayımlanacağı gözlənilir.