Əfsanəvi gürcü müğənnisi və aktyoru Vaxtanq Kikabidze ilə vida mərasimi keçirilir.
OLAY yazır ki, anım Tbilisinin mərkəzində yerləşən Kaşvetski Georgi kilsəsində baş tutur. Mərasim iki gün davam edəcək və yanvarın 18-də başa çatacaq.
Qeyd edirik ki, tabutun üzərində təkcə Gürcüstanın dövlət bayrağı deyil, həm də sənətçinin həmişə dəstəklədiyi Ukraynanın dövlət bayrağı örtülüb.
Vaxtanq Kikabidze yanvarın 19-da Tbilisidəki Veriyski qəbiristanlığında anasının yanında dəfn olunacaq.