Fotosessiya
Fotosessiya

“Mən daha şirinəm, bileti mənə görə alın” - Bakı konsertindən yazdı

“Mən daha şirinəm, bileti mənə görə alın” - Bakı konsertindən yazdı

18 martda “Baku Crystall Hall”da konsert verməyə hazırlaşan Edis Azərbaycanla bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi onunla eyni səhnədə olacaq KÖFN qrupunu paylaşaraq “Mən daha şirinəm, bileti mənə görə alın”, - deyə, bildirib.

Qeyd edək ki, tədbirə qısa zamanda 5 min bilet satılıb. Edis dünya stadion turunun ilk konserti olacaq gecədə musiqiçiləri və rəqqasları ilə səhnəyə çıxacaq. Gecəyə biletlər 35 manatdan başlayır.

Onu da bildirək ki, sənətçinin ilk Bakı konserti anşlaqla keçmiş, 2 gün baş tutan şouya 7000 adam qatılmışdı.