Türkiyəli aktyor və rejissor Hamdi Alkan xanımı Selen Görgüzelin tamaşada ondan icazə alıb tərəf müqabili ilə öpüşməsinə münasibət bildirib.
OLAY yazır ki, o, bu durumdan narahat olmadığını xüsusi vurğulayıb:
“Qısqanmadım da. Çünki buna ehtiyac yoxdur. Xanımın aktrisadır, bu da tamaşadır. Nə lazımdırsa, onu edib”.
Qeyd edək ki, öpüşmə səhnəsindən öncə aktyor İrfan Kangı tamaşanı dayandırıb zalda əyləşən H. Alkandan və öz xanımından “İndi Selenle öpüşməliyik” deyərək icazə alıb. Bu kadrlar sosial şəbəkələrdə müzakirə doğurub.