Azərbaycan mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası mədəniyyət nazirinin birinci müavini Adil Qabil oğlu Kərimliyə həvalə edilib.
OLAY yazır ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Bundan əvvəlki Sərəncama əsasən, Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad olunub.