Türkiyədə maraqla izlənilən “Masumlar apartmanı” serialında daha bir vida gözlənilir.
OLAY yazır ki, aktrisa Farah Zeynep Abdullahın ayrılığının ardınca seriala transfer olan Melisa Şenolsun da “Masumlar apartmanı”ndan gedəcək.
Serial rəhbərliyi aktrisanın canlandırdığı Rüya obrazının çox sevilməməsi, reytinqlərinin aşağı düşməsindən sonra bu qərara gəlib.