Dünən türk aktyor Can Yaman və model Françeska Çilleminin baş rolu olduğu serial İtaliyada rekord sayılacaq bir reytinqə imza atıb.
OLAY yazır ki, “Canale 5” kanalında yayımlanan “Viola come il mare” serialı 20,4 reytinq alaraq İtaliya üçün ən yüksək balı toplamağı bacarıb.
Xatırladaq ki, Can və Françeskanın tərəf müqabilindən əlavə sevgili olduqları da iddia olunub. Venesiya Film Festivalına birlikdə qatılan cütlük yayılan xəbərləri yalanlamayıblar.