Dünyaca məşhur müğənni-aktrisa Merilin Monronun həyatından bəhs edən “Blonde” filmi kinoşünaslar tərəfindən tənqid edilib.
OLAY yazır ki, film tənqidçiləri və tamaşaçılar layihəni “zorakılıq” və “seksist” kimi ifadə ediblər.
San-Fransiskodakı Kaliforniya Universitetinin abort üzrə tədqiqatçısı Stef Herold filmin “istismarçı” və “seksist” olduğunu bildirib. Onun fikrincə, “Blonde”da abort səhnəsi dəhşətlidir.
“Merilin Monronun 36 il ərzində çəkdiyi bütün alçaqlıq və dəhşətləri nəzərə alırıq, lakin “Blonde” vulqarlıqdan ibarətdir”, - deyə, kino tənqidçisi Manola Darqis yazıb.