Rusiyanın tanınmış aktyor və rejissoru Sergey Puşkepalis bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
OLAY yazır ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb. Qeyd olunub ki, 56 yaşlı rejissor Rostov vilayətində qəzaya düşüb.
Qəza nəticəsində “Ford Transit”in sərnişini və sürücüsünün həlak olduğu ehtimal edilir.
Qeyd edək ki, Puşkepalis 2019-cu ildən F.Volkov adına Yaroslavl Dram Teatrının bədii rəhbəridir.