Film / Serial
Film / Serial

Biri Kanna, biri Kazana...

Biri Kanna, biri Kazana...

Azərbaycan istehsalı “Hasar” filmi nüfuzlu Kazan Beynəlxalq müsəlman film festivalının əsas proqramına daxil olub.

OLAY yazır ki, ekran işində baş rollarda Xalq artisti Vidadi Həsənov, Əməkdar artist Leyli Vəliyeva, Əlibala Əsgərov, Nurlan Süleymanlı, Güşvər Şərifova və Amid Qasımov çəkilib.

Çəkilişləri bu ilin iyulunda başa çatan “Xatirə və Xəta” bədii filmi isə Fransanın Kann şəhərində keçirilən “Cannes World Film Festivalı”nda seçilmiş filmlər siyahısında yer alıb. Film koronavirusa qarşı mübarizədə həkimlərlə birlikdə öz həyatını təhlükəyə atan polislərin və müxbirlərin fədakarlığından bəhs edir.

Ekran işində əsas rolları Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Rövşən Kərimduxt, Flora Hüseynova, Mehriban Xanlarova, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov ifa ediblər.