WOW
WOW

Çağatayın tərəf müqabili o oldu

Çağatayın tərəf müqabili o oldu

2025-ci ilin ən çox izlənən 5 filmindən 3-nün arxasında duran prodüser Polat Yağcı və onun “Poll Films” şirkəti ilə iki layihəlik müqavilə imzalayan Çağatay Ulusoy bu əməkdaşlığın ilk işi olan “Uykucu Adam” filmi üçün kameralar qarşısına keçməyə hazırlaşır.

OLAY yazır ki, ssenarisi Kubilay Tat tərəfindən yazılan filmin rejissoru Can Ulkay olacaq. Ulusoy ekran qarşısında “Ferman” adlı agent obrazına həyat verəcək.

Filmdə baş rollarda “Ferman”, “Afro”, “Kartal” və “Saye” adlı xarakterlər yer alacaq. 10-15 iyul tarixləri arasında çəkilişlərinə başlanması planlaşdırılan layihədə Sare adlı qadın obrazı üçün Hafsanur Sancaktutanın adı hallansa da, onun televiziya layihələri ilə maraqlandığı və filmdə iştirak etməyəcəyi bildirilib.

Sare rolu üçün son olaraq Elçin Sangu düşünülür.