Film / Serial
Film / Serial

Operatoru öldürən Bolduinin in*tihar etmək istəyib

Operatoru öldürən Bolduinin in*tihar etmək istəyib

Hollivudun məşhur aktyoru Alek Bolduinin həyat yoldaşı Hilariya onun intihara cəhd etdiyini iddia edib.

OLAY yazır ki, buna səbəb aktyorun 4 il əvvəl Rust filminin çəkiliş meydançasında təsadüfən içi güllə ilə dolu tapança ilə operator Qalina Hatçinsi vurması olub. 

Hadisə fonunda Aleks psixoloji travma yaşayıb. 

“The Baldwins” realiti-şousunun son buraxılışında həyat yoldaşı Hilaria etiraf edib ki, aktyor dəhşətli hadisənin ertəsi günü intihar etmək istəyib.

“Keçən gün öz aramızda yazışmalarımızı tapdım. Bu mesajlar çəkilişin ertəsi günü idi. O, intihar etmək istədiyini bildirib. O, sağ qalanın günahını hiss edir”, - deyə aktyorun arvadı bildirib. 

Bolduinin xanımı Hilariya həmçinin aktyorun səhhətində problemlər olduğunu vurğulayıb:

“İndi onun bir çox sağlamlıq problemləri, o cümlədən psixi eləcə də ürək problemləri yaşayır”.