Hollivud aktyorları Bred Pitt və Cennifer Eniston ayrıldıqdan 20 il sonra yenidən bir araya gələcəklər.
OLAY “RadarOnline” nəşrinə istinadən yazır ki, keçmiş sevgililər cütlük kimi görünəcəkləri filmin çəkiliş meydançasında yenidən bir araya gələcəklər.
İddia olunur ki, Pitt şəxsən özü Enistonu onunla birlikdə işləməyə dəvət edib.
Aktrisa bu layihəyə asanlıqla razılaşsa da, hələlik hər şeyi gizli saxlamağa çalışır.
Məlum olub ki, Bred uzun müddətdir ki, “Dostlar” serialının ulduzu ilə birgə layihə haqqında düşünür, lakin aktrisa, Ancelina Colidən boşanması səbəbindən keçmiş ərinin həyatında onsuz da çətin olan vəziyyəti çətinləşdirmək istəmədiyi üçün əvvəllər təklifləri rədd edib. İndi isə Eniston heç bir maneə görmür.
Xatırladaq ki, Cennifer Eniston və Bred Pitt 2000-2005-ci illərdə evli olublar. Bred “Cənab və Xanım Smitin” çəkiliş meydançasında Ancelina Coli ilə münasibət qurduqdan sonra, hətta Cenniferdən boşanması tamamlanmamışdan əvvəl yeni münasibətini açıqladıqdan sonra ayrılıblar. Çoxsaylı məlumatlara görə, Eniston boşanmanı çox çətin qəbul edib. Deyilənlərə görə, Cennifer, ailəsini məhv etdiyi üçün Colini hələ də bağışlaya bilmir.