Film / Serial
Film / Serial

Yılmaz Erdoğan eşq xəbərlərinə aydınlıq gətirdi

Yılmaz Erdoğan eşq xəbərlərinə aydınlıq gətirdi

“İnci Taneleri” serialının Azemi Yılmaz Erdoğan bu günlərdə Cansu Taşkınla haqqında çıxan eşq xəbərlərinə aydınlıq gətirib.

OLAY yazır ki, aktyor bu barədə instaqramın hekayə bölməsində yazıb.

“Ötən il yaşanmış və bitmiş bir münasibət qəribə bir şəkildə gündəmə gəldi. Artıq bu mövzunun bağlanmasını xahiş edirəm. Heç kimi məhkəməyə vermirəm. Hər kəsin və hər şeyin sadəcə yaxşı tərəflərini xatırlayır və gerisini unuduram. Sevgilərimlə”, - deyə, o, bildirib.

Qeyd edək ki, Cansu Erdoğanla sevgili olduğunu desə də, sənətçi bunu yalanlamışdı. Daha sonra C. Taşkının bacısı cütlüyün birgə görüntülərini instaqram hesabında paylaşmışdı.