“Amazon Prime Video”nun ilk türk serialı “Düğüm”ün yeni fraqmenti yayımlanıb.
OLAY yazır ki, görüntülər platformanın rəsmi səhifəsində paylaşılıb. 8 bölümdən ibarət serial 23 fevralda təqdim olunacaq.
Qeyd edək ki, ekran işində baş rolları Bergüzar Korel, Serkan Altunorak və Caner Cindoruk canlandırır.