Aktrisa Zeynep Tuğçe Bayat İspaniyada çəkildiyi ”La Pasion Turca” (Türk Ehtirası) serialının çəkilişlərində həyat yoldaşı Cansel Elçinin də olduğunu deyib.
OLAY yazır ki, alış-veriş mərkəzində görüntülənən Zeynep həyat yoldaşının 2 aya ispan dilini öyrəndiyini və çəkilişlərdə onu tək qoymadığını bildirib.
Aktrisa əlavə edib ki, o, əvvəldən ispan dilini bildiyinə görə, çətinlik çəkməyib.