Aktyor Hikmət Rəhimov ikinci rejissor işini təqdim edəcək.
OLAY yazır ki, bu barədə Rəhimov özü məlumat yayıb. O bildirib ki, sayca 2-ci filmini ərsəyə gətirib:
“Sizinlə mühüm bir xəbəri bölüşmək istədim. Bu mənim rejissor kimi sayca ikinci tammetrajlı filmimdir.Filmin təqdimatı 9 fevral, saat 19:30 “Flame Towers”də baş tutacaq. Film həmin gündən bütün kinoteatrlarda nümayiş olunacaq. Bu işin ərsəyə gəlməsində yanımda olan və mənə dəstək olan insanların ad və soyadları filmin sonunda qeyd olunduğuna görə,burada uzun-uzadı yazmaq istəmədim. Filmin yaş həddi 18-dən yuxarı, janrı dramdır. Təqdimat günü yaradıcı heyət ilə filmi izləmək üçün bilet ala bilərsiniz”.