Laçın sakinləri bu dəfə “Cin Atı” filminin nümayişi üçün “LaCinema”da bir araya gəlib.
OLAY yazır ki, ekran işinin baş rolları Əməkdar artist Dilarə Əliyeva və aktrisa Nərmin Xankişiyeva da Laçın kinoteatrında baş tutan təqdimata qatılıb.
Layihənin ssenari müəllifi və prodüseri Fariz Əliyev də tədbirdə iştirak edərək öz ürək sözlərini və minnətdarlığını bildirib.
Qeyd edək ki, filmin quruluşçu rejissorları Kənan Zeynalov, İsmayıl Zeynalov, quruluşçu operatoru da eyni şəkildə İ.Zeynalovdur. Həmçinin ekran işinin digər baş rolu Müşviq Şahverdiyevdir.
Ekran işinin informasiya dəstəyi isə OLAY.az-dır.