“Netflix”in istehsalı olan dünya miqyasında populyar olan və ən çox izlənilən “Bridgerton” serialı ikinci mövsümündə yeni aktyorlarla macərasını davam etdirəcək.
OLAY yazır ki, yeni sezonun premyerası gələn il martin 25-də baş tutacaq. Məlumata görə, seriala qatılacaq dörd aktyorun adı açıqlanıb.
Onlar Charithra Chandran, Shelley Conn, Calam Lynch və Rupert Young-dır.
Serialın ikinci mövsümünün Anthony Bridgerton üzərində dayanacağı və buna görə də bu sezonun baş rolunun “Sex Education”dan xatırlayacağınız Simone Ashley olacaq.
Hastings hersoqu Simon Bassetə həyat verən Regé-Jean Page bu dəfə iştirak etməsə də, əksər izləyicilərin ürəyini parçalayır, lakin yeni personajların filmə necə hərəkət qatacağı maraq doğurur.