Film / Serial
Film / Serial

Nəvəsinin ölüm səbəbi bəlli oldu

Nəvəsinin ölüm səbəbi bəlli oldu

İyulun 2-də dünyasını dəyişən Robert De Nironun nəvəsi Leandro De Niro Rodrigezin ölüm səbəbi məlum olub.

OLAY yazır ki, aktyorun qızı Drena De Niro sosial media hesabından mövzu ilə bağlı açıqlama edib. 

"Biri ona narkotik maddə olan fentanil satıb. Hələ də bu satan və alanlara deyirəm ki, oğlum artıq aramızda deyil" - deyə Drena bildirib. 

Qeyd edək ki, Leandro De Niro Rodriguez yaşadığı evdə ağ tozlu maddənin yanında ölü tapılıb.

Polis diqqəti De Nironun narkotikdən ölmüş ola biləcəyi şübhəsinə yönəldib.