Film / Serial
Film / Serial

Həyat yoldaşını ağ-qara foto ilə təbrik etdi

Həyat yoldaşını ağ-qara foto ilə təbrik etdi

Dünyaca məşhur aktrisa Nikol Kidman həyat yoldaşı Keyt Urbanı evliliklərinin 17-ci ildönümü münasibətilə təbrik edib. 

OLAY yazır ki, 56 yaşlı aktrisa özəl günün şərəfinə həyat yoldaşı ilə olan ağ-qara şəklini "İnstaqram" hesabında paylaşıb. 

O, fotoya "Yubileyimiz mübarək, sevgilim" şərhini yazıb.

Qeyd edək ki, Nikol Kidman 2006-cı ildə avstraliyalı kantri müğənni Keyt Urbanla evlənib. Cütlüyün Sandey Roz və Feyt Margaret adlı iki qızı var.

Kidman və Urban müntəzəm olaraq bir-birlərinə olan hisslərini açıq şəkildə nümayiş etdirirlər.