Bir neçə həftə öncə aktrisa həyat yoldaşı Arzum Onandan boşanan Mehmet Aslantuğun adı türk biznes ledi Gözde Akpınarla hallanır.
OLAY yazır ki, bu barədə Hürriyet məlumat yayıb.
Bildirilir ki, onlar yaxın aylarda tanış olublar və münasibətləri ciddiləşməyə başlayıb.
Qeyd edək ki, G.Akpınar “Filli Boya” markasını yaponları satması ilə məşhurlaşmışdı. O, daha sonra “Gain” adlı rəqəmsal platforma quraraq onu güclü markaya çevirmişdi. İş xanımı Bu yaxınlarda həmin platformanı da Rams Türkiye Qrupuna satıb.