Hollivudun ikonik aktyorlarından biri, “Rebel Youth” filmi ilə tanınan Ceyms Dinin əşyalarının yer aldığı kolleksiya 260 min dollara satılıb.
OLAY yazır ki, Hollivud ulduzuna məxsus 400 əşyanın yer aldığı kolleksiya 260 min dollara bir şəxsə satılıb.
1955-ci ildə hələ 24 yaşında ikən vəfat edən Dinə məxsus kolleksiyada aktyorun imzası olan fotoşəkillər və məktublar, həmçinin “Warner Brothers” ilə müqavilələri yer alıb.
Qyed edək ki, kolleksiyada ən böyük parça 48 dəfə tirajlanan “East of Eden” üçün 23 min dollarlıq müqavilə olub.
Samirə Sərkər