Film / Serial
Film / Serial

“Doctor Strange”in evinə bıçaqla hücum etdi

“Doctor Strange”in evinə bıçaqla hücum etdi

“Marvel”də “Doctor Strange” obrazı ilə yadda qalan ingilis aktyor Benedikt Kamberbetç evinə bıçaqlı hücum olunub.

OLAY yazır ki, aşpaz olduğu deyilən 35 yaşlı Cek Bissell kino ulduzunun evinə gedib. Məlum olub ki, bu hadisə baş verən zaman 46 yaşlı Kamberbetç həyat yoldaşı və uşaqları ilə evdə olub. Aktyorun bağçasına daxil olan aşpaz hədə-qorxu gəlib, daha sonra qapıdakı domofon cihazını divardan çıxarıb.

O, qışqıraraq “Buraya köçdüyünü bilirəm. Ümid edirəm ki, eviniz yanacaq”, - deyərək səs-küy salıb. Hücum edən şəxs hadisə yerindən qaçsa da, domofonda tapılan DNT izi sayəsində qısa müddətdə saxlanılıb.

Polisin dindirilməsi zamanı günahını boynuna alan aşpaz 250 funt sterlinq cərimə edilib və 3 ilə qədər işdən uzaqlaşdırılıb.