“Menajerimi ara” serialı ilə ulduzu parıldayan aktrisa Ahsen Eroğlu Türkiyədən köçür.
OLAY yazır ki bu barədə o, instaqram hesabında məlumat verib. Eroğlu prezident seçkilərinin ikinci turunda seçki nümayəndəsi kimi iştirak etdiyini, qaydalardan kənara çıxmamaq üçün çox çalışdığını, buna baxmayaraq “qarışıq” bir proses keçirdiyini bildirib.
28 yaşlı məşhur aktrisa xəbərlərində bu ifadələrdən istifadə edib:
“Getmək vaxtımdır, dostlar. Bu yaxınlarda... Söz verdiyim insanların, həmkarlarımın yanına gedəcəyəm ki, özümü təkmilləşdirmək üçün çarə tapım. Nə vaxt bilmirəm, amma insan kimi yaşamaq istəyirəm. Qarşımdakı adamın gözündə ayrıseçkilik görmək istəmirəm. Hər halda, bu belə davam edir. İçində sevgi və dürüstlük olan hər kəsi qucaqlayıram”.