“Ezel” serialının ulduzu Kenan İmirzalıoğlu həyat yoldaşı Sinem Kobal haqda açıqlamalar verib.
OLAY yazır ki, sənətçinin sözlərinə görə, o, Sinemə ilk görüşdən aşiq olmayıb. Kenan bildirib ki, evliliyi sevgi üzərində qurulub:
“İlk görüşdə aşiq olmadım, ancaq sevib ailə qurmuşam. 40 yaşımdan sonra yenidən sevgimlə qarşılaşardımmı? Heç əmin deyildim. Dördüncü görüşümüzdəki söhbətimizdə ruhum şövqə gəldi”.
Qeyd edək ki, cütlüyün iki övladı var.