Aktyor Ceki Çan “The Karate Kid” filminin davamında yer alacaq.
OLAY yazır ki, bu barədə “Discussing Film” məlumat yayıb.
Nəşrin məlumatına görə, sənətçi hazırda layihədə iştirak etmək üçün danışıqlar aparır. O, 2010-cu ildə ilk filmdəki kimi yenidən cənab Xan rolunu oynaya bilər.
Yeni “Karate Kid”in rejissoru Conatan Entvistldir. İlk film Çinə köçən 12 yaşlı Dre Parker (Ceyden Smit) haqqındadır. Yerli uşaqlar onu təhqir etməyə başlayanda, cənab Xan Dreyə kunq-fu sənətini öyrətmək üçün hərəkətə keçir. Smitin Entvistlın yeni layihəsi üçün qayıdıb-qayıtmayacağı hələ məlum deyil.
Qeyd edək ki, “Sony” “The Karate Kid”in bir neçə ay əvvəl rəsmi olaraq 7 iyun 2024-cü il tarixdə yayımlanacağını elan edib. Ceki Çanın cənab Xan rolunu təkrar canlandırması gözlənilsə də, şirkət rəsmi açıqlamasında növbəti filmin 1984-cü ildə çəkilmiş orijinal filmə qayıdış olacağını bildirib.