Film / Serial
Film / Serial

Depp Al Paçinonu seçdi

Depp Al Paçinonu seçdi

Aktyor Conni Depp rəssam Amedeo Modigliani haqqında filmdə baş rollardan biri üçün 83 yaşlı Al Paçinonu seçib.

OLAY yazır ki, bu barədə “The Guardian” məlumat yayıb. Qeyd olunub ki, Paçino “Modi” filmində kolleksiyaçı Maurice Gunn-ı canlandıracaq. Baş rolu italiyalı Rikardo Skamarçio, rəssam Moris Utrillonu isə fransız Pyer Nini ifa edəcək.

Çəkilişlər payızda Macarıstanın paytaxtı Budapeştdə başlayacaq. Bu, Deppin rejissorluq etdiyi ikinci filmdir. Birincisi “The Brave” olan layihə 1997-ci ildə işıq üzü görüb.