“Ay Yapım” şirkəti “Aile” serialının çəkilişləri zamanı meydana gələn qəza ilə bağlı açıqlama yayıb.
OLAY yazır ki, şirkət rəhbərliyinin sözlərinə görə, məsələ nəzarətlərindədir:
“ “Aile” serialının 11-ci bölümünün effektli final səhnəsinin çəkilişləri zamanı məyusedici bir hadisə yaşanıb. Bəzi işçi dostlarımızın yaralanmasına və bu olayın meydana gəlməsinə səbəb olan hər nə varsa, tərəfimizdən araşdırılacaq. Bizimlə əlaqəsi olan bəzi şirkətlər başda olmaqla hər şey barəsində lazımi tədbirlər görüləcək. Bütün zərərçəkmiş işçilərimizə keçmiş olsun”.
Qeyd edək ki, sözügedən serialın baş rol ifaçıları Kıvanç Tatlıtuğ, Serenay Sarıkaya, Yüsra Geyik və Nur Sürerdir.