“Aile” serialının sonuncu bölümündə siyasi mesaj verilib.
OLAY yazır ki, layihədə Leyla obrazının lampanı söndürüb ampulu sökməsi və daha sonra oğluna “Heç kimin sizin həyatınızdan oğurluq etməsinə icazə verməyəcəyəm” deməsi sosial mediada belə şərh edilib.
Bildirilib ki, serialda “Ak Parti”yə göndərmə edilib. Sosial mediada müzakirədən sonra ssenaristlər bunu inkar edib, lakin belə bir səhnənin niyə olması barədə isə tutarlı açıqlama verilməyib.