Məşhur aktrisa Beren Saat “Aşk-ı Memnu” serialının yenidən çəkilməsinə münasibət bildirib.
OLAY yazır ki, sözügedən ekran işində Bihter obrazına həyat verən B. Saat təzə versiyasının uğurlu olacağına inandığını deyib:
“Bircə Farahı bilirəm. Məncə, bizimkindən fərqli olacaq. Bu, bir az tarixidir. Çox yaxşı iş ortaya çıxacağına əminəm. İlk gündən bəri onları dəstəkləyirəm. Başqa bir qadından başqa bir aktyor işi görəcəksiz. Gözləntiləriniz eyni olsun”.
Qeyd edək ki, maraqla gözlənilən “Bihter” filminin ulduzları Farah Zeynep Abdullah və Boran Kuzumdur.