Türkiyənin məşhur aktrisası Hande Erçel və sevgilisi Hakan Sabancının arasında gərginlik yaranıb.
OLAY yazır ki, iddiaya görə, cütlük İtaliyada tətildə olarkən Hakanın telefonunda daha çox vaxt keçirməsi Handeni narahat edib.
Bundan başqa, aktrisanın İtaliyadakı fanatları tərəfindən sevilməsi də iş adamının xoşuna gəlməyib. Belə ki, Hande ilə şəkil çəkdirmək üçün küçədə yanına tez-tez adamlar gəlib. Sabancının hərəkətlərini aqressiya ilə qarşılayan Hande İstanbula qayıdandan sonra onunla küsüb.
Hakan Sabancı isə özünü bağışlatmaq üçün Hande Erçelin çəkildiyi serialın kulisinə dəfələrlə çiçək dəstələri göndərib.