Film / Serial
Film / Serial

Yeni “Transformers”da onlar var

Yeni “Transformers”da onlar var

Kris Hemsvörd və Skarlet Yohansson, həmçinin Brayan Tayri henri “Transformers”in növbəti seriyasında baş rolları səsləndirəcəklər.

OLAY yazır ki, bu barədə “Paramount Pictures”ın Las-Veqasda keçirilən “CinemaCon” konqresində məlumat verilib.

Cizgi filmində hadisələr “Cybertron” planetində cərəyan edəcək. Süjetdə əsas diqqət silah yoldaşlarından and içmiş düşmənə çevrilmiş “Autobot Optimus Prime” və “Decepticon Megatron” arasındakı münasibətə yönəldəcək.

Yohansson Elita adlı qəhrəmana həyat verəcək. Filmdə həmçinin Kiqan-Maykl Kay, Con Hemm və Laurens Fişbern də səsləndirmə edəcək.

Cizgi filminin premyerası 2024-cü il iyulun 19-na planlaşdırılıb.