Film / Serial
Film / Serial

Aktyorumuzun yer aldığı hind filminin yayım tarixi açıqlandı

Aktyorumuzun yer aldığı hind filminin yayım tarixi açıqlandı

Azərbaycanlı kaskadyor Sain Fərhad Fərmanlının yer aldığı “RRR” adlı hind döyüş filminin treyleri yayımlanıb.

OLAY yazır ki, Hindistanın ən yüksək qonorar alan aktyorlarından biri Ram Çaram Tedca, Nandamuri Taraka Rama Rao, Acay Devqan və britaniyalı aktyor Rey Stivensonun çəkildiyi film 2022-ci il yanvarın 7-dən kinoteatrlarda olacaq.

Qeyd edək ki, Sain Fərhad Jaydarbek Kunqujinovun yaratdığı beynəlxalq “Nomad Stunts” peşəkar kaskadyorlar qrupunun üzvüdür. O, filmdə kaskadyorluq etməklə yanaşı, bəzi döyüş səhnələrini özü qurub.

Onu da bildirək ki, Fərmanlı daha əvvəl “Əli və Nino”, “Don Marleone”, “Qorxma, mən səninləyəm-2”, “Tomris” və digər filmlərdə çəkilib.