Tanınmış saç stilisti Kris Əplton və “You”, “The White Lotus” kimi serialların ulduzu Lukas Qeyç evlənib.
OLAY yazır ki, 2023-cü ilin fevralında rəsmi olaraq münasibətlərini açıqlayan həmcinslər apreldə nişanlandığını bildirmişdilər.
Mənbələr Page Six-ə bildiriblər ki, 27 yaşlı Lukas və 39 yaşlı Kris həftə sonu Las-Veqasdakı “Little White Chapel”də evləniblər. Sayt həmçinin yazıb ki, mərasimdə Krisin çoxdankı dostu Kim Kardaşyan da daxil olmaqla cəmi altı qonaq olub.