Hələ başlamadan qalmaqalı ilə danışılan “Ego” serialında yenə qarışıqlıq yaşanıb.
OLAY yazır ki, bu dəfə ekran işinin əsas obrazlarından birini canlandıran Alperen Duymaz çəkilişə getməyib.
Komanda saatlarla Alperini gözləsə də, o, heç bir xəbər etməyib. Aktyor gəlmədiyi üçün çəkiliş ləğv olunub.
Qeyd edək ki, daha öncə Alperenlə tərəf müqabili Melisa Aslı Pamuk arasında qalmaqal yaşanmışdı. Buna səbəb Melisanın çəkilişlərə gec gəldiyi üçün Duymazın və komanda üzvlərinin narahatlığı səbəb olmuşdu. Alperen aktrisanın ekran işinin heyətini çox gözlətdiyini demişdi.